21 Sentyabr 2018 20:37
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə övladı ilə birlikdə Azərbaycandan gedib.

Teleqraf.com-un məlumatına görə, mərhumun xanımı bu barədə sosial şəbəkədə yazıb:

“Göydən 3 alma düşdü: biri sənin, bir mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida, mənim gözəl Bakım, vətənim.

Çox şeylərdən – ətrafdakıların düşüncələrindən yoruldum. Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var və ona baxıb xoşbəxt oluram. Amma bir qadın kimi mənim də haqqımdır xoşbəxt olmaq.

Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olanda nə qohum, nə də dostlarım yanımda olmadılar”.

Qeyd edək ki, Səbinə Zəkizadə əvvəllər model kimi çalışsa da Şahin Zəkizadə ilə ailə qurandan sonra sənətini atıb və başını da bağlayıb.

O, son vaxtlara qədər Bakıda vizajist işləyirdi.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər