26 Sentyabr 2018 09:56
3 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı xanım meyxanaçı və müğənni Samirə Yusifqızının toyda başına iş gəlib.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Canım sizə desin” verilişində bildirib ki, ona bir neçə gün öncə el şənliyində xəsarət yetiriblər: “Toylarda o qədər problemlərlə üzləşmişəm. Burnuma baxın. Heç 10 gün olmaz, toyda bir dava düşdü ki... İndi də burnumdan gipsi çıxarıb gəlmişəm.

Məclisdə oxuduğum yerdə qarışıqlıq düşdü. Mikrofonu götürüb aradan çıxmaq istəyirdim. Bir də gördüm ki, bir oğlan qaça-qaça gəldi, bəyə bir yumuruq vurdu. Bəyin də başı mənim burnuma dəydi...”


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər