Müğənni Nura Suri qalmaqallı açıqlama verib.
Teleqraf.com-a danışan Nura “oğluma müğənni qız almaram” deyən müğənniləri qınayıb: “Mən bu şeylərə ümumiyyətlə, pis baxıram. Dayaz düşüncəli adamlar yalnız belə sözlər deyə bilər. İnsanın sənəti onun şəxsiyyətini müəyyənləşdirmir. Əgər kimsə bu barədə düşünürsə, demək onun beynində, intellektində böyük problemlər var. Mənə maraqlı deyil ki, bu fikri kim deyib. Fikrimi dedim, onların adlarını da bilmək istəmirəm”.
Qeyd edək ki, “oğluma müğənni qız almaram”ifadəsini əməkdar artist Elnarə Abdullayeva səsləndirmişdi.
Müğənni bu fikrinə görə, bir çox tanınmışlarla, eləcə də Xatirə İslamla qalmaqal yaşamışdı.
Lakin onun sözlərini şou əhlindən dəstəkləyənlər də olmuşdu. Əməkdar artist Təyyar Bayramov, müğənnilər Elçin Hüseynov, Xatun Əliyeva və Almaz Saraylı həmkarı ilə həmfikir olduqlarını bildiriblər.