Ukraynanın əməkdar artisti Alla Kuşnir Bakıya gələcək.
Bu haqda rəqqasənin rəfiqəsi, aparıcı Zemfira Adıgözəlova deyib.
O, sənətçinin sentyabrın 7-də Bakının qonağı olacağını bildirib:
“Bu, konsertlə bağlı deyil. Burada yeni layihələrlə bağlı danışıqlar aparacağıq. Bizi sevənlərə sürprizlər hazırlayırıq”.
Qeyd edək ki, ukraynalı rəqqasə bir neçə dəfə Bakının qonağı olub, toy məclisində iştirak edib.
/Axşam.az/