Əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə qalib gəlib.
Teleqraf.com-un məlumatına görə, Toppuş bacı bu barədə "Bizimləsən" verilişində danışıb.
Aktrisa proqramda müalicədən 3 ay sonra ilk müayinəsinin cavabını açıqlayıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə cavabın müsbət olduğunu deyib:
"Mən hər zaman səbr edirəm, zamanını gözləyirəm. Aylarla susdum, mənə dəyən daşlara susdum... Allahıma təşəkkür edirəm, nə yaxşı ki, məni yaxşı insanlarla qarşılaşdırır. Sırağa gün ilk müayinəmə getdim. Turan xanım mənə baxanda qorxdum ki, Ay Allah, görən nədir?
Aylardır bunu gözləyirdim. "Super" sözünü eşitdim. İlk baxışdan hər şey əla idi. Amma qabaqda MRT və qan analizləri var idi. Sonra getdim qan analizi və MRT-yə. MRT-nin cavabı 4 saat çəkdi. Doktor gəlib dedi: "Cavablar yaxşıdır, törəməniz yoxdur".
Qeyd edək ki, aktrisanın uşaqlıq boynunda bədxassəli şiş olub, əməliyyatla həmin şiş götürülüb. Daha sonra ayağından 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmasa da, birində bədxassəli şiş olduğu məlum olub. Buna görə Tünzalənin müalicəsi davam etdirilir.