29 Avqust 2014 12:37
2 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktrisa Könül Nağıyeva və aktyor Kamran Ağabalayev Türkiyə istehsalı olan filmdə baş rolları ifa edəcəklər.

Teleqraf.com “Nargiz” jurnalına istinadən xəbər verir ki, sentyabrın 3-dən İzmirdə “Tərk edilmiş” filminin çəkilişləri başlayacaq. Film Suriyada baş verən müharibədən qaçıb Türkiyəyə sığınan qadının yoxsulluqdan xilas olmaq üçün öz böyrəyini satmasından bəhs edir.

Aktrisa Könül Nağıyeva bildirib ki, Kamran Ağabalayevlə “Qanun naminə” filmində də rol alıblar. Türkiyəli rejissor məhz bu ekran əsəri ilə tanış olduqdan sonra onlara filmdə baş rollar təklif edib.

Filmin premyerası 2015-ci ilin martında baş tutacaq. Təqdimat Türkiyə və Azərbaycanda keçiriləcək. Bundan sonra Türkiyənin 1140 kinoteatrında nümayiş olunacaq.

Qeyd edək ki, Könül Nağıyeva eyni zamanda Ülviyyə Mahmudovanın rəhbəri olduğu Nargis Nəşriyyat evinin və Nargis jurnalının direktorudur.


Müəllif:

Oxşar xəbərlər