18 Fevral 2019 16:45
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazənin uzun illərdən sonra yenidən bəstəkar Cabbar Musayevin bəstəsi olan mahnı oxuyub.

Teleqraf.com-un məlumatına görə, ifaçı sözləri Hacı Lütfəliyə, musiqisi Cabbar Musayevə məxsus “Sevdim səni mən” adlı mahnı barədə təəssüratlarını dilə gətirib:

“Məni insanlara sevdirən mahnılarımın müəlliflərindən biri də Cabbar Musayev olub. Düşündüm ki, yenidən onun bəstəsinə müraciət edim.

Bu hələ son deyil. Daha bir mahnım xalq artisti Niyaməddin Musayevdən, Cabbar Musayevdən, digəri isə Ruslan Səfəroğludan olacaq. Hazırda aranjimanda 5 mahnım var. Zamanla təqdim edəcəm. Mahnılarım partlayış edəcək”.

Mahnını təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu