Azərbaycanlı müğənni Emin Ağalarov məşhur rus həmkarı Natalya Çistyakovanı doğum günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Emin Rusiyanın məşhur “Qlükoza” qrupunun üzvünü Bakıya dəvət edib.
İnstaqram səhifəsində Natalya ilə fotosunu paylaşan sənətçi qeyd edib:
“Bu gün ecazkar Nataşanın doğum günüdür. Daha möhtəşəm çıxışlar, çoxlu alqışlar və gözəl istəklər arzu edirəm. Xoşbəxt ol.
Sizinlə tanış olmaqdan xoşbəxtəm, Bakı da sizi gözləyirik”.
Fotoları təqdim edirik: