12 Sentyabr 2014 18:30
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Miss Globe İnternational” gözəllik müsabiqəsinin final öncəsi mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda “RGA” prezident Rasim Aydın və “Z COMPANY 2007” şirkətinin rəhbəri Zamiq Yunisovda iştirak edib. “Miss Globe İnternational” gözəllik yarışmasının mətbuat katibi Vüqar İmanov gələn qonaqları salamdıqdan sonra sözü Rasim Aydına verib.

R.Aydın “Miss Globe İnternational” gözəllik müsabiqəsi haqqında jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, "Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək.

Finalda iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var.

Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq. Burada irqi, dini inancı və milliyətindən asılı olmayaraq 18-24 yaşlı qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib. Ölkəmizi yarışmada model Oksana Rzayeva təmsil edəcək.


Müəllif: