18 Sentyabr 2014 19:46
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İradə İbrahimova “İnstagram” bloqunda Türkiyənin tanınmış aktyorları ilə çəkdirdiyi fotosunu paylaşıb.

Tabloid.az xəbər verir ki, sənətçi tanınmış komediya ustası Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklinə belə qeyd yazıb:

“Hər üç sənətçi məni görən kimi “Neyləyək, alınmadı” mahnımı oxumağa başladılar. Məndən nə zamansa İstanbulda konsert versəm, onları dəvət etməyimi istədilər. Bu mahnını uzun illər əvvəl oxumuşam. Amma Türkiyənin üç tanınmış simasının yadında bu mahnının qalmağı məni çox sevindirdi. Mahnının müəllifi Vaqif Gərayzadəyə sonsuz təşəkkürlər”.


Müəllif:

Oxşar xəbərlər