20 Fevral 2020 14:30
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayağı musiqi deyəndə ki, o elə bir janrıdır, həmişə gündəmdə olub. Ona görə belə oxuyan ara müğənniləri də daim gündəmdə olacaqlar. Onları təbrik edirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Şou Nyus” verilişində müğənni Ayan Babakişiyeva bayağı mahnı ifa edən həmkarlarından danışarkən deyib.

O, sosial şəbəkədə tanınıb özünü ulduz sayanları da tənqid edib: “Görürsən, birində ulduzluq siptomları yaranır. Bu da ötəri hisdir və keçəcək. Onlara Allah şəfa versin. Nə deyim?

Kim özünə götürmək istəyirsə, götürsün, ad çəkmirəm. Yutubda saxta yollarla izləyici toplayan həmkarlarıma qıcıqlanmıram.

İnsanların gözü tərəzidir. Həmin müğənniləri bizimlə eyni tədbirdə görməmişəm. Bəlli məclislər var ki, onlar orada iştirak etmirlər. Onlar efirə tək çıxmaq istəyirlər, biz isə ümumiyytlə çıxmaq istəmirik”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu, Damla və Üzeyir Mehdizadəni bayağı mahnı ifa etdikləri barədə tez-tez söhbət gedir.


Müəllif: Teleqraf.com