26 Sentyabr 2014 12:09
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya 2011-in qalibi Eldar Qasımov “İncə sənət” də yeni layihələrindən söhbət açıb.

Teleqraf.com xəbər verir ki, “Duman” adlanacaq mahnı ilə tamaşaçıların qarşısına çıxmağı planlaşdıran Eldar,həmkarı Nigar Camalla da duet oxuyacağını istisna etmir. Onun dediyinə görə bu barədə ikili öz aralarında razılığa gəlblər, amma hələ mətbuatda məlumatı yaymaqdan çəkinirlər.

Qasımov ailə həyatı qurmaq arzuzundan da söhbət açıb. Amma bu barədə hələ tez olduğunu düşünür.

“Ailə barədə düşünmək hələ çox tezdir. Mənim 25 yaşım var. Rahat nəfəs almaq, öz ayaqlarımın üstündə durmaq istəyirəm. Ailə qursam, övladlarıma, həyat yoldaşıma çox vaxt sərf etmək istəyirəm.”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər