Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə bacısının üzünü göstərib.
Teleqraf.com xəbər verir ki, xalq artisti İnstaqramda foto paylaşaraq bacısını ad günün münasibəti ilə təbrik edib:
“Mənə yaşımı unutduran, bu gün də məni ərköyünləşdirən və bir insan olaraq formalaşmağımda böyük əməyi olan qadın. Tək yanında yox, sadəcə varlığından belə özümü uşaq kimi hiss etdiyim başımın tacı. Mənim ana tək, sevgisi və nəvazişi ilə qayğıma qalan bacım! Ad günün mübarək!”.