İngiltərədə təşkil edilən "Miss England" gözəllik yarışmasının qalibi Bxaja Mukerdje tacını kənara buraxaraq insanlara kömək etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, ixtisasca həkim olan Bxaja Mukerdje koronavirusla mübarizədə milli sağlamlıq xidmətində həkim işləməyə başlayıb.
Əslən hindistanlı olan model COVİD-19 ilə mübarizədə dostları ilə ön sırada getmək istədiyini deyib.