18 Aprel 2020 19:35
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva əməkdar artist Bəhram Bağırzadənin İnstaqramdakı canlı yayımının qonağı olub.

Teleqraf.com xəbər verir ki, Zülfiyyə Xanbabayeva qızı Dənizi tərbiyə etməsindən danışıb:

"Düşünürəm ki, uşaqlar valideyn olandan sonra daha çox dərk edirlər. Çünki zamanında valideynlərimiz danışanda elə bilirdik ki, heç nə olmayacaq, danışırlar. Valideyn olmaq çox çətindir. Bilmirsən cəmiyyətdə necə böyüdəsən? Evdə bir tərbiyyə edirsən, cəmiyyətdə isə nə isə öyrənir, söz-söhbət, gündə bir jarqon. Dəniz dünyaya gec gəldi, amma zamanında idi. Özümü buna çox hazır hiss edirdim.

13 yaşı var. Hərdən sualları ilə məni şoka salır. Bu vəziyyətlə bağlı deyirlər ki, ailəmizə daha çox vaxt ayıra bilirik. Mən bunu başa düşə bilmirəm. Buna vaxt tapmaq, balansı qorumaq lazımdır.

Çünki uşaqlar ailədən tərbiyyəni götürməlidir. Hərdən deyirlər ki, efirdə müğənnilər uşaqlar üçün nəsihət verirlər. Mən bunu başa düşə bilmirəm. Mənim övladım efirdən yox, məndən tərbiyə alacaq. Bu ruhda böyütmək lazımdır".

Zülfiyyə Xanbabayeva onu da deyib, karantin rejimində evdə darıxmır:

"Beş ildir ki, şəhərdən qıraqda yaşayıram, ancaq tədbirlərə gedirəm. Evdə darıxmıram, çünki işimiz elədir ki, daim səhnədə oluruq. Ona görə də ay ürəyim darıxır, yox. Həyatım öz axarı ilə gedir. Virusdan qabaq necə yaşayırdımsa, elə də davam edirəm. Başımı qatıram.

Bir yerdə oturmağı sevmirəm, hamı yanıma gəlsin, yox. Özüm-özümə iş tapmağı bacarıram. Yeri gələndə nə isə əkib-becərməyə də... Amma daha çox vaxtımı Dənizlə keçirirəm".

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər