"Atam sağ olsaydı yenə səhnədə olardım. Yaşar Nuri qızının istedadını görsəydi bəlkə də aktrisa da olmasına icazə verərdi. Efirlərə tez-tez çağırmırlar. Mən sənəti atsam bəziləri çox sevinər".
Teleqraf.com xəbər verir ki, bu sözləri ARB-də mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva deyib.
O, atasının qadağalarından da danışıb: "Mənim 1998-2000-ci illərdə geyindiyim paltarları bəziləri indi geyinirlər. Atam heç vaxt deməyib ki, bunu geyinmə. Dolanışığımıza gəlincə, bacım işləyir, amma öz ailəsi var. Evdə hər şeyi mən edirəm. Anama mən baxıram. Bacım da imkan olanda anama kömək edir. Deyirlər ki, Yaşar Nurinin qızını kimsə saxlayır.
Yaşar Nurinin qızının avtomobili yoxdur. Evimiz balacadır, bəziləri kimi yeni tikili binalarda yaşamıram. Bu İnstaqram hamının evini yıxıb. Yazırlar ki, Yaşar Nurinin qızı yüngül hərəkət edir. Mən ailə dağıtmıram, kiminləsə işim yoxdur. Restoranda oxuyur, məclislərimi aparır və pulumu qazanıram.
Sabah qarşıma elə insan çıxa bilər ki, imkanlı adam olsun. Desə ki, Ülkər, mən səni sevirəm. Mən də onu sevə bilərəm. Ancaq o şəkildə mənə dəstək ola bilər. İnşallah, maşın da, anamın istədiyi evi də alacam. Bu dəqiqə yanlış yola gedim, sabah hamı deyəcək ki, yanlış yola gedib. Bağ evim var və bu çox adamın başına daş olub. Bağ evimin təmiri yoxdur".