İmicinə görə qalmaqal yaşayan xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni fotolarını paylaşamağa davam edir.
Teleqraf.com xəbər verir ki, cazibadar görünüşü ilə diqqət çəkən Röya Ayxan İnstaqramda yeni fotosunu paylaşıb.
İfaçının imicini dəyişən stilist Anar Ağakişiyev isə fotoya "Deyəsən, dünən və bu gün paylaşdığınız şəkilə naftalin çatmadı" şərhini yazaraq müğənnilər Natavan Həbibi və Səidə Sultana söz atıb.
Belə ki, Röya Ayxan ilə həmkarları Natavan Həbibi və Səidə Sultan arasında imic bənzəməsinə görə qalmaqal baş verib. Hər iki müğənni Röya Ayxanın imic dəyişikliyini ondan öncə etdiklərini iddia ediblər.
Sözügedən fotoları təqdim edirik: