Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkədə paylaşımı ilə hər kəsi duyğulandırıb.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Oruc tutmaqla bağlı çox sual gəldi. Oruc tutmuram. Çünki gündəlik qəbul etdiyim dərmanlar var, artıq bir neçə ildir.
Amma bu ay mənim ən sevdiyim aydır. İlk dəfə orucu səkkiz yaşımda tutmuşdum və Allahdan anamın tezliklə sağalmasını istəmişdim. İllərlə yataqdan qalxa bilməyən anam sağaldı. Bu diləyimin həyat keçməsinə görə ondan sonra yalnız Allah yolunda oruc tutdum, heç nə arzu etmədim. İçdən inanmaq çox gözəldir. Allah tutulan bütün orucları qəbul eləsin".
Qeyd edək ki, Aynişan Quliyeva fitness məşqçisi Kənan Əliyevlə evlidir.