14 May 2020 16:04
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur argentinalı futbolçu Esekyel Lavessi və braziliyalı sevgilisi Nataliya Borxes polisə müraciət ediblər.

Teleqraf.com xəbər verir ki, cütlük hakerlər tərəfindən şantaja məruz qalıblar.

35 yaşlı futbolçu mətbuata açıqlamasında deyib: "Bizə İnstaqramda yazdılar. İntim görüntülər və fotolarımızı ələ keçirdiklərini bildirdilər. Hər foto və video üçün 5 milyon dollar istədilər. Dedilər ki, pulu verməsək sosial şəbəkədə yayımlayacaqlar".

Hadisədən sonra futbolçunun vəkilləri hərəkətə keçib və hüquq-mühafizə orqanlarına şikayət ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər