Moskvadan qayıda bilməyən müğənni Fədayə Laçın 44 yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, dostları Fədayə Laçına ad günü sürprizi ediblər.
Müğənni videonu İnstaqramda bu sözlərlə paylaşıb: "Heç gözləmədiyim halda gözəl qəbli dostların gəlişi bu sınıq könlümü sevindirdi. Var olun, dostlar".
Görüntüdə diqqət çəkən məqamlardan biri isə Fədayə Laçının artıq dərəcədə arıqlaması olub.
Sözügedən görüntünü təqdim edirik.
Qeyd edək ki, mövcud vəziyyətə görə dövlətlər arası sərhədlər bağlıdır. Fədayə Laçın Moskvada oğlu ilə kirayədə qalır.