Müğənni Mina Hüseyn "Ona qalsa" verilişində xalası qızı, müğənni Elnarə Xəlilova ilə küsülü olması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Mina Hüseyn aparıcının "Bizə elə gəlir ki, sizin Elnarə Xəlilova və xalanız Almaz Saraylı ilə münasibətiniz yaxşı deyil" sualına cavada deyib ki, bir-birinin evinə gedib-gəlirlər:
"Yaxşı yola gedirik, sadəcə, ola bilər, sənətdə biri-birimizə dəstək olmuruq, yəni kömək etmirik. Elnarə Xəlilova ilk addımlarımda mənə dəstək verib. Məni 17 yaşımda əlimdən tutub bu sənətə gətirib.
Elnarənin dəstəyini dana bilmərəm. "O Səs Türkiyə" yarışmasına gedəndə İnstaqramda paylaşmadı deyə küsə bilmərəm. Bir səhv idi, oldu keçdi. Elnarəni çox sevirəm".
Müğənni xalası Almaz Saraylının ona sənətdə dəstək olmadığını da etiraf edib: "Sənətdə dəstək olmayıb. Onun janrı fərqlidir, toylarda oxuyur".