Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.
Teleqraf.com "Axşam.az"a istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.
Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.
Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq.
“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq.