19 Sentyabr 2020 15:34
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur bloger Aysel Şükürova bir müddət əvvəl boşandığı ikinci həyat yoldaşı Oqtay Əhmədov haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aysel Şükürova hələ də Oqtay Əhmədovu sevdiyini deyib:

"Səninlə bağlı düşündüklərimi təsadüfi bir anda xatırlamaqdan qorxuram. Öyrəşdim dediyim bir anda sənin ağlıma gəlməyin mənə yaxşı təsir etmir.

Səhv başa düşmə, əsla səndən nifrət etmərəm. Amma səni hələ də sevməyim məni məhv edir.
İndi sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm. Bir az vaxta ehtiyacım var. Sənin üçün darıxmamağa çalışıram, lakin olmur, bacarmıram. Və bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək istəyirəm.
Amma "eybi yox" deyərsən deyə bu düşüncəmdən əl çəkirəm. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hər şeyə rəğmən canın sağ olsun".

Qedək ki, Aysel Şükürova Bakı Lift Təmir İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.
Aysel Şükürova iki dəfə evli olub. Onun üç övladı var. Aysel Şükürova 400 min manatlıq toyu ilə gündəmdə idi.


Müəllif: Rəqsanə Həsənova