Xalq artisti Röya Ayxan cəbhə bölgəsində baş verən hadisələrə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:
“Qarabağ ilə ürəyi döyünən azərbaycanlılar, itirdiklərimiz də çox oldu, qazandıqlarımız da. Bir gözümüz ağlayır, bir gözümüz gülür, amma hər birimizin ürəyi hazırda sevinc içindədir. Çünki işğalda olan bir çox torpaqlarımızı aldıq və almağa doğru da gedirik. Yenə də xain düşmən öz işindədir.
Aldığımız xəbərə görə, Gəncə, Tərtər, Bərdə ataşə tutulur. Hamımızın orada dostları, qohumları var, azərbaycanlılarım var. Onlar indi çətin vəziyyətdən keçirlər, çox gözəl başa düşürəm. Amma hamınıza güc arzulayırım. Hər birimiz güclü olmalıyıq.
İncəsənət adamları hər zaman sənətimizlə yanınızda olmuşuq, ürəyimizlə də yanınızdayıq. Bir daha hamınızı təbrik edirəm. O ağlar gözlər, inşallah, gülərək ağlasın. Cəbhəyə gedən oğullarımız sağ-salamat və qələbə ilə evlərinə dönsünlər. Onların toylarını, xoş günlərini keçirək”.