Müğənni Sertab Erener və Dəmir Dəmirxan, 18 illik münasibətlərinə son qoublar.
Teleqraf.com Türkiyə mətuatına istinadən xəbər verir ki, bu barədə Dəmirxan mətbuata açıqlamasında bildirib.
Bir müddətdir münasibətlərinin yolunda getmədiyi deyilən cütlüyün ayrılması haqqında məlumatı Dəmirxan təsdqiləyib.
"Sentyabr ayında Sertab ilə olan 18 illik münasibətimizə son qoymaq qərarını verdim. Bizi sevən hər kəsin bunu anlayışla qarşılayacağını bilirəm. Sizlərin şəxsi həyatımıza hörmətlə yanaşacağına ümid edirəm".
Rüstəm