28 Noyabr 2020 11:39
3 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur italiyalı aktrisa Ornella Muti Azərbaycana dəstək olub.

Teleqraf.com xəbər verir ki, Ornella Muti "Nargis magazine" jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edib:

"Bakı fantastik şəhərdir və bura dəvət aldığım üçün çox minnətdaram. Bakılıların qonaqpərvərliyinə heyran qaldım. Azərbaycana gəldiyimdə mənə göstərilən möhtəşəm qarşılamaya görə təşəkkür edirəm. Bakı inanılmaz gözəl şəhərdir. Köhnə Bakının fotolarına baxdıqca və ekskursiyaçıların danışdıqlarına qulaq asdıqda aydın olur ki, şəhər çox dəyişilib. O, qısa müddət ərzində müasir sənaye şəhərinə çevrilib və bu çox heyranedici bir haldır".


Müəllif: Rəqsanə Həsənova