Müğənni Xatun Əliyeva gəlini Canana tərəfindən saxtakarlıqda günahlandırılan əməkdar artist Mətanət İsgəndərliyə dəstək olub.
Teleqraf.com xəbər verir ki, Xatun Əliyeva İnstaqram hesabında bu sözləri qeyd edib:
"Mətanət xanım saf və səmimi insandır, ona görə də belə incidirlər, başına belə işlər gəlir. Çünki hamıya inanır. O, həyatda çox əziyyətlər çəkib, zəhmətkeç insandı, canı ağrıya-ağrıya ordan-ora, burdan-bura qaçıb. Bütün ailəsinin yükü onun çiyinlərində olub. Təkbaşına bütün qohum-əqrəbaya baxıb.
İndi mövcud duruma görə pul qazanmır, toy mərasimləri yoxdur. Neynəsin, necə dolansın? Bu həssas dönəmdə, kasıbçılıq zamanı Mətanət xanımı belə günahlandırmaq olar? Mətanət xanımı gözdən salmaq, onu əsəbləşdirmək, ailə söhbətini ictimailəşdirmək düzgün deyil. Pul qazananda yaxşı idi, indi qazanmır deyə biabır etmək lazımdır?! Heyif sizdən, Mətanət xanım, sizi sevirəm".
Qeyd edək ki, Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə əməkdar artistin ünvanına sərt sözlər yazıb: "İllərimi saxtakar qadının yanında keçirdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan, insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının... Çox şükür ki, bu səbrimin qarşısında Allah mənə üç övlad bəxş edib".
Xatırladaq ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimlə evlidir. Hazırda cütlüyün münasibəti ev məsələsinə görə korlanıb və ayrı-ayrı evlərdə yaşayırlar.