Estradamızın bir sıra ulduzu növbəti vətənpərvər layihədə bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, "Zəfər nəğməsi" adlanan bəstənin sözləri Xalq şairi Sabir Rüstəmxanlı, musiqisi isə Tərlan Məmmədhüseynov və Elçin Cəfərova aiddir. Milli-mədəni dəyərlərimizi özündə ehtiva edən ekran işinin rejissorluğu Fuad Əlişova həvalə olunub.
Klipdə milli rəqs, həmçinin alətlərimizin gözəllikləri də öz əksini tapıb. Musiqili nömrədə Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova, Samir Cəfərov, Tünzalə Ağayeva, Natiq Şirinovun rəhbərliyi ilə "Natiq ritm qrupu", pop ulduz Zamiq Hüseynov və Elçin Cəfərov çəkilib.