28 Mart 2021 14:15
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova xalq artisti Faiq Ağayevin qızı Zümrüd Şəfiyevaya illər öncə elçi gəldiyini deyib:

"Anası bu münasibətin olmasını çox istəyirdi. Qızımı oğluna almaq istəyirdi. O zaman münasibətimiz çox yaxşı idi. Amma hər münasibətim yaxşı olana qızı verə bilmərəm?!".

Flora Kərimova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib:

"İki dəfə ailə qurmuşam, üçüncü ailəm saxta olub. Çünki 20 ildən artıq məni xaricə buraxmayıblar. Hamı qastrol səfərlərə gedirdi, məni qoymurdular. İlhamə Quliyeva adımdan anonim məktublar yazırdı. Deyirdi ki, oxuya bilmir. Qızım üçün deyirdi ki, mənim övladım deyil, uşaq evindən götürmüşəm. Məni müğənnilər sırasından çıxarmaq istəyirdi, alınmadı.

Mənə heç vaxt vağzalı qismət olmadı. Qızımın atası ilə (Faiq Şəfiyev) avtomobildə gedirdik, küçədə vağzalı çalınırdı, gəlin köçürürdülər. Onda ürək ağrısı ilə dedim ki, Faiq, mən vağzalı səsi eşitmədim. O da dedi ki, klarnet ilə gedib, zurna ilə qayıdırlar. Güldüm və bununla da ürəyimin ağrısını soyutdum. Qızımın atası rəhmətə gedəndə ailəsi Maştağada dəfn etmək istəyirdi. Mən də buna razı deyildim. Onlar öncədən İlhamə Quliyeva ilə danışmışdılar ki, məni tabut dalınca getməyə qoymasın. Məzarını dəyişdirmək istəyirdim, molla dedi ki, bunu can sümükdən ayrılmayana qədər etmək olmaz. Bir ildən sonra qızımın atasının məzarını oradan götürdüm, anamın yanında dəfn elədim. Mənə qan uddururdular. Hərdən düşünürəm ki, necə oldu, mən dəli olmadım. İlhamə Quliyeva ilə onun ailəsi danışmışdılar ki, evi əlimdən alsınlar və məni oradan çıxarsınlar. Üzərimə bıçaqla gəldilər. Küncə qısıldım, bıçaq mənə dəymədi. Bizim üç avtomobilimiz var idi, onları da əlimizdən almaq istəyirdilər. Mənim adımdan polisə ərizə yazırdılar ki, guya kiminsə uşaqlarını öldürmək istəyirəm".

Flora Kərimova həyat yoldaşı, cərrah İbrahim Topşubaşov və ikinci həyat yoldaşı İbrahim Şəfiyev ilə İlhamə Qasımovanın münasibətinin olduğunu ilk dəfə açıqlayıb:

"Faiq və İbrahim məndən öncə İlhamə Quliyeva ilə münasibətdə olublar. Sonra hər ikisi mənimlə evləndilər".

Flora Kərimova "İlhamə Quliyeva ilə sonuncu dəfə nə zaman danışmısınız?" sualına isə "Onunla danışmamışam, il yarım mənimlə barışmağa can atırdı. Çox dönməz xarakterim var", -deyə cavab verib.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər