“Havasından doymadığım, suyuna susadığım ocağım - Şuşam!”
Teleqraf.com xəbər verir ki, bu sözləri Şuşada "Xarıbülbül" festivalında iştirak edən Xalq artisti Flora Kərimova İnstaqram səhifəsində paylaşıb.
Şuşada məsçidlərdən birinə gələn müğənni 7-8 yaşlarındakı xatirələrindən danışıb: “Bu yol həbsxanaya aparır. Türmənin qarşında sürüşkən daşlar vardı. Uşaq vaxtı bu daşların üstündə sürüşürdük. Məhbuslar bizimlə danışırdılar, söhbət edirdilər. 7-8 yaşımız olardı…”
Daha sonra Flora Kərimova Şuşanın işğalı zamanı gülləyə tutulmuş, sonradan Bakıya gətirilmiş və yenidən Şuşaya qaytarılan Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərini də ziyarət edib.