"Avroviziya-2021"nin qalibi "Zitti E Buoni" mahnısı ilə qalib olan İtaliyanın "Maneskin" qrupu bu dəfə isə oğurluqda ittiham edilib.
Teleqraf.com xəbər verir ki, "Zitti E Buoni" mahnısı müsabiqədə birincilik əldə etdikdən sonra oğurluq iddiası daha da gücləndirilib.
"Zitti E Buoni"nin 2015-ci ildə təqdim edilən "FDT" adlı mahnıya bənzədiyi iddia edilib.
Daha sonra "Nebra" adlı italyan qrupu isə 2018-ci ildə ifa etdikləri əsərin gitara versiyası olduğunu iddia ediblər.