8 İyun 2021 16:35
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı-prodüser Acun Ilıcanın keçmiş həyat yoldaşı Şeyma Subaşının misirli sevgilisi, milyarder Məhəmməd Alsaloussi haqqında şok iddia ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, özünü iş adamı kimi təqdim edən Məhəmməd Alsaloussinin saxtakar olduğu bildirilib.

Onun iş adamı olmadığı, atasının isə Dubayda neft şirkətində çalışdığı üzə çıxıb.

Məhəmməd Alsalussinin on bir deyil, bir şirkətə sahib olduğu qeyd edilib. O, həmçinin Kaliforniyada narkotik istifadəsinə görə həbs həyatı da yaşayıb.

Qeyd edək ki, Şeyma Subaşı Məhəmməd Alsaloussinin evlilik təklifini qəbul edib.



Müəllif: Rəqsanə Həsənova