Müğənni Afət Fərmanqızı prodüser Tarix Əliyevin aparıcılıq etdiyi "Tolik ilə səmimi" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı həmkarı Nüşabə Ələsgərli ilə küsülü olmasının səbəbini açıqlayıb:
"Nüşabə Ələsgərli ilə yaxın idik. Bu gün "salam, sağ ol" var. Biz saatlarla danışmırıq. Mənə demişdi ki, qəzəlin sözünü dəyişirsən, dəyişmirsənsə, istəyirsən, dombalaq aş. Bunu da camaat eşitmişdi, Samiraldo videoya çəkib, sosial şəbəkədə paylaşmışdı. Mənim də qohumlarım, istəyənlərim var. Sən onların gözündə məni kiçik düşürürsən! Mən bu sözü təklikdə desəydi, gülərdim".