Şairə Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızından üzr istəməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Şairə Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib: "Xoşqədəm Hidayətqızından üzr istəməmişəm".
Nazilə Səfərli yeni mövsümdə aparıcılıq etməsindən də danışıb: "Məni bütün kanallarda görə bilərsiniz. Heç bir kanalda qara siyahıya salınmamışam. Amma aparıcı kimi heç bir televiziya kanallarından təklif almamışam. Əlində on beş sponsoru olan teleaparıcılar qapının ağzında qalıblar. Məni götürərlər? Mənim sponsorum yoxdur. Hər hansı verilişə aparıcılıq etsəm, səhər verilişi olmasını istəmərəm. Yuxuya düşkün insanam. Axşam və günorta saatlarında yayımlanan veriliş apara bilərəm".
Qeyd edək ki, tərəflər arasında qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.
Bir müddət əvvəl Nazilə Səfərlinin
Xoşqədəm Hidayətqızından üzr istəməsi haqqında xəbər yayılmışdı.