14 Noyabr 2014 20:56
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgüzar “Forbes” jurnalı növbəti dəfə dünyanın ən bahalı brendlərinin siyahısını dərc edib. İlk onluğa “Apple” şirkəti başçılıq edir. Moda brendlərinin siyahısına yalnız “Louis Vuitton” daxil ola bilib. Fransız markası "Louis Vuitton" moda sənayesinin dünya liderlərinin yeganə təmsilçisi olub və "H & M", "Gucci", "Nike" və "Hermes" kimi brendləri geridə qoyaraq onuncu yerdə qərarlaşıb. Tabloid.az xəbər verir ki, "Forbes" jurnalı brendin dəyərini 29,9 milyard dollar qiymətləndirib.

Xatırladaq ki, brend geyim və ayaqqabı, çanta, zərgərlik məmulatları, saatlar, aksessuarlar və çamadanlar buraxır. Dünyanın istənilən yerində məşhur moda evinin "LV" monoqramını görən hansı qadın başını itirmir ki? Bu brendlə hətta moda sənayesi ilə yaxından maraqlanmayan insanlar da tanışdırlar. "Forbes" jurnalında əldə etdiyi lider mövqeyi "Louis Vuitton"un biznes-nailiyyətdir, lakin məhsul kimi çox keyfiyyətli olduğunu da unutmaq olmaz. Çanta satışa göndərilmədən öncə testdən keçirirlər. Onu ağır yüklərlə xüsusi maşına yerləşdirirlər, bir neçə sutka ərzində də atıb-qaldırırlar. Yalnız daha bir neçə testdən keçirdikdən sonra istehsalata göndərirlər.

Nüfuzlu "Forbes" jurnalının Amerika versiyası təkcə ən bahalı brendlərin siyahısını dərc etmir. Bu ay biz dünyanın ən varlı müğənnilərinin və ən nüfuzlu adamlarının reytinqini öyrənə bildik. Bu siyahıda Rihanna olmasaydı, təəccüblənərdik.

“Forbes” jurnalı tərəfindən tərtib edilən dünyanın ən bahalı brendlərinin siyahısında "Coca-Cola", "Apple", "Microsoft", "Google", "IBM", "McDonald's", "General Electric", "Samsung" və "Toyota" da daxildir.


Müəllif:

Oxşar xəbərlər