Xalq artisti Könül Xasıyeva Azad Azərbaycan televiziyasında etirafları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Könül Xasıyeva boşandığı həyat yoldaşından danışıb.
"Bir qadın kimi 90 faiz xoşbəxtəm, 10 faizi isə bütöv ailəm olsaydı, daha xoşbəxt olardım. Bilirsiniz ki, həyat yoldaşım yanımda deyil. Hansı qadın istəməz ki, həyat yoldaşı yanında olmasın? Həyatımda bir dəfə sevmişəm, o da ömür-gün yoldaşımı...Hələ də sevirəm, bunu özünə də demişəm. Son nəfəsimə qədər onu sevəcəm, çünki mənə Kazımı bəxş edib. Heç vaxt qəlbimə dəyməyib və aramızda inciklik olmayıb. Ayrılmağımızda heç birimiz günahkar deyilik", - qeyd edib.
Xalq artisti özünü öldürmək istədiyini də etiraf edib: "Dənizə getmişdim, çox şey var idi. Özümü dənizə atmaq və şüurlu sürətdə intihar etmək istəyirdim. Düşündüm ki, balamı da qoyub gedə bilmərəm. Mən ola-ola oğlum əziyyət çəkir, mən olmayanda nə edəcək? 14 ildir ki, yatmıram, Kazım oyananda yatıram. Səhərə kimi onun yanında oyaq otururam".
Xalq artisti xəstələnməsində atasını da günahkar bilib: "Atam çox bədxərc adam olub. Mən də ev tikdirmək istəyirdim. Bir-iki dəfə atama pul verdim, gördüm ki, bədxərclik edir. Mən də pulu anama verdim. O, pulları yığdı. Xəstələnməyimdə atamın da rolu olub. Çünki uşaq vaxtı ailəmizdə ailədaxili münaqişələr çox olub. Psixoloji tramva almışam. Bir-birilərini sevirdilər, amma atamın imkanına görə ətrafı çox istifadə edirdi. Xəstə olanda bir həftə otağa girmişdim, oradan çıxanda elə bilirdim ki, indi girmişəm".