Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə maraqlı etiraf edib.
"Şəkilimə işıq verirəm, gözüm mənasını itirir. Kölgə atıram, sevdası bitir. Yaxınlaşdıranda kədəri görünür, ruhum dumana, çənə bürünür. Vaxt gələr, dünya düzələr dedim, gözümün altında cizgilər qəh-qəh çəkib, güldülər. Bu qədər sadəlövh, axmaq olma sən, vaxt gələrmi heç, o yalnız gedər dedilər", - deyə qeyd edib.