26 Yanvar 2022 12:01
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova doğum günü təəssüratlarını bölüşüb.

Aygün Kazımova Teleqraf.com-a eksklüziv açıqlamasında ad gününü məkanların birində qeyd edəcəyini bildirib: "Axşam məkanların birində doğum günümü qeyd edəcəyik. Özəl günümdə dostlarım və yaxınlarım olacaq. Gecədə müxtəlif oyunlar təşkil edəcəyik, viktorinalar olacaq. Qaliblərə hədiyyələr təqdim olunacaq".

Xalq artisti fanatları tərəfindən Hövsan qəsəbəsində salınan "Aygün bağı"ndan da danışıb: "Həqiqətən bu sürpriz idi. Bu "Aygün fan club"un təşəbbüsü idi. Mən də sevə-sevə bu ağacəkmə aksiyasında iştirak etdim. Hər il fanatlarımla "Aygün bağı"nı ziyarət edəcəyik".

Qeyd edək ki, Aygün Kazımovanın 51 yaşı tamam olur.


Müəllif: Rəqsanə Həsənova