Xalq artisti Aygün Kazımova "ATV səhər" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova bu sözləri deyib:
"Tamaşaçı kütləm məni sevməyəni sevə bilməz. Bunu dəfələrlə müşahidə etmişəm. Hətta mənə görə, əlbəyaxa dava edən fanatlarım olub. Mənə yazır ki, Aygün xanım dava etdim, dözə bilmədim. Cavab verirəm ki, axı, niyə dava edirsən?! Ən böyük fanat qrupu "Aygün fan club"dur".
51 yaşlı xalq artisti yaş kompleksi yaşamadığını da etiraf edib: "Yaş kompleksim yoxdur. Sənətin yaşı sonsuzdur. Sənətkar da sənətlə məşğuldursa, onun da yaşı yoxdur".
Aygün Kazımova "Pis yaşananlar unudulurmru?" sualına isə "Mən yaşananları unuduram. Nə yaxşı ki, belə bir xasiyyətim var. Ağır yaşananaları yada salmaq istəmirəm. Bilmirsiniz ki, səhnə arxası nələr baş verir. Onu görən müğənni olmaq istəyən sənətə gəlməz. Çox çətin günlərim olub, amma Allah məni onlardan qurtarıb. Amma o hadisələri də əyləncə ilə yada salıram. Çünki xilas olmuşam. Deyirəm ki, mən buradan necə sağ çıxmışam?! İş görəndə özümə qorxuları yaxın buraxmaq istəmirəm. Biz insanları geriyə çəkən qorxulardır".