24 Fevral 2022 23:56
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur repçi Kardi B Rusiya ilə Ukraynanın müharibə etməsinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Kardi B bu sözləri qeyd edib: "İndi üzərimə daş atılacaq, amma mən NATO-nun tərəfində deyiləm. Mən Rusiyanın tərəfində deyiləm. Mən mülki əhalinin tərəfindəyəm. İndi dünya qlobal böhran içindədir. Müharibə, sanksiyalar, işğal, dünya liderlərinin narahat etməli olduğu son şeylərdir.

İqtisadiyyatı bərpa etmək lazımdır və bu, həqiqətən də çətindir. Bu, yalnız vəziyyəti çətinləşdirir. Mən sadəcə olaraq bütün ölkələrin liderlərinin sülh yolu ilə razılığa gəlməsini istəyirəm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər