25 May 2022 22:29
3 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruz artıq çəki itirməsi ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, xalq artistinin qızı stilist-vizajist Şəfəq Novruz İnstaqramda foto paylaşaraq Ramiz Novruzu ad günü münasibətilə təbrik edib:

"Fəxrim, atam, sənətkarımız, bir az arıqlamısan, amma əsas odur ki, canın sağdı, yanımızdasan, nəfəsin gəlir. Bu bizim üçün böyük bir varlıqdır. Ad gününü təbrik edirəm, sadəcə cansağlığı arzu edirəm. Səni tək mən yox, bütün Azərbaycan sevir, Həzi Aslanovumuz!".

Qeyd edək ki, bir müddət əvvəl xalq artistinin mədə xərçəngindən əziyyət çəkməsi haqda xəbər yayılmışdı.
















Müəllif: Rəqsanə Həsənova