4 İyun 2022 20:00
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Dilarə Kazımova MTV Azərbaycan televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.xəbər verir ki, Dilarə Kazımova şəxsi həyatından danışıb:

"Sevmək istəyirəm... Həyatımda sevgi olsun. İndi layihələrimi sevirəm. Şəxsi həyatıma vaxt ayıra bilmirəm. Sevgilim də yoxdur, sosial şəbəkədə yaza bilərsiniz. İndi ailə qurmaq istəmirəm. Bir müddət sonra ola bilər. Əslində, hər gün nəyəsə vurulmaq lazımdır, həyata, günəşə ətrafa...Sevin və sevilin!".

Müğənni çılpaq fotosessiya etdirdiyini də etiraf edib: "Çılpaq fotosessiyam var. Çünki bədənimin şəklini xatirə kimi saxlayacam. 60-80 yaşım olanda baxacam ki, necə gözəl olmuşam. Amma onları paylaşmayacam, şəxsidir".


Müəllif: Rəqsanə Həsənova