17 İyun 2022 15:02
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Dilarə Kazımova Türkiyədə lentə aldırdığı klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını ekranlaşdırıb.

Sənətçinin işi üzərində böyük bir heyət çalışıb. İdeyası Dilarənin özü və Səbinə Şahiyə məxsus ekran işinin rejissorluğunu Buse Tırman edib. B. Tırman bu günədək Deniz Seki, Morena Taraku, Biah Rodrigues, Tan Taşçı, Emel Müftüoğlu, Tuğba Özay, Ece Ronay, Enes Batur kimi ulduzların klipini lentə alıb.

Kazımovanın staylinqini Seyit Ares ərsəyə gətirib. Hansı ki, sənətçi Ledi Qaqa, Vinni Harlou, Shensaa, Xloya Beyli, Sevyn Streeter kimi məşhurlarla əməkdaşlıq edir.

Dilarənin makiyajı isə Kamran Jabbarova həvalə olunub.

Türkiyədə çalışan Kamran Deniz Akkaya, Gülben Ergen, Nihan Çelik, Deniz Seki, Qonca Vuslateri, Tuğba Özay, Biah Rodriguez kimi sənətçilərlə çalışır. Layihədə xareoqrafiyanın müəllifi Can Yücetaşdır.

Dilarənin klipinin ssenarisi də diqqət çəkəndir. Belə ki, ekran işində “drag queen”, artıq çəkili və qısa boylu xanımlara yer verilib. Bununla da, standartlardan kənar biri kimi təqdim edilən şəxslərin, əslində böyük bir xarizmaya məxsus olmağı mesajı ötürülür.

Sözügedən klip üçün toplam 15 min dollar xərclənib.

Layihə “BEAT Music” musiqi leyblının məhsuludur. Mahnı bütün musiqi platformalarında dinləyicilər üçün təqdim edilib.


Müəllif: Rəqsanə Həsənova