5 Dekabr 2014 11:47
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün müğənni-bəstəkar Murad Arif sosial şəbəkələrdə müzakirə olunan reytinqli verilişlər mövzusuna münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sənətçi reytinqlərin düzgün yolla hesablanmadığını saxta olduğunu iddia edib:

“Reytinq şirkətləri əsasən, estetik zövq və maarifləndirmə aşılamayan proqramları birinci edib ki, kanallar da məhz o tip verilişlərə üstünlük versin. Nəticədə cəmiyyət günü-gündən cahilləşir. Bir çox istedad efirdən, ölkədən uzaq düşür. Deməli, baxımlı proqram boş veriliş deməkdir. Reytinq hesablayan şirkətlər isə xaricdən maliyyələşir. Sizcə, məqsəd nədir? İnstaqramda 25 min, “Facebook”da 15 min izləyicim var. Kimin evinə o reytinq hesablayıcı cihaz qoyulub? Bir şeyi nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyasına və peyk antenalara aid ola bilməz. Kimin evində antena var? Hamı kanallara kabel televiziyası və ya peyk antenalarla baxmırmı?”.

Qeyd edək ki, sosial şəbəkədə reytinq toplayan verilişlərin siyahısı yayımlanıb. Burada isə ən çox baxılan verilişlər məişət problemlərinin müzakirə olunduğu proqramlar seçilib.

Rüstəm


Müəllif: