5 Sentyabr 2022 13:07
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik.

- Anar müəllim, sentyabrın 30-da AYB-nin növbəti qurultayının keçiriləcəyi planlaşdırılır. Qurultaya hazırlıq necə gedir? Qurultaya hazırlıq üzrə qurum (komissiya, komitə və sair) yaradılıbmı?

- Qurultaya hazırlıq işləri çox yaxşı gedir. Hələ ki, müvafiq komissiya, yaxud komitə yaradılmayıb. Yazıçılar Birliyinin katibi və işçiləri bu işlə məşğul olur.

- Qurultayda neçə nümayəndənin iştirakı nəzərdə tutulur?

- Üzvlərinin sayı ilə... Hər on nəfərdən bir nümayəndə seçiləcək.

- Qurultay harada keçiriləcək və neçə gün davam edəcək?

- Qurultay bir gün davam edəcək. Amma onun harada keçiriləcəyi müəyyənləşməyib. Qurultay sentyabrın 30-da olmayacaq. Çünki həmin gün Milli Məclisin açılışıdır. Yəqin ki, qurultay oktyabrın 5-də baş tutacaq.

- Siz sədrliyə namizədliyinizi verib-verməyəcəyinizi qətiləşdirmisinizmi?

- Mən fikrimi çoxdan qətiləşdirmişəm və bu haqda açıqlama vermişəm.

- Sədrliyə alternativ namizədlər ola bilərmi?

- Təbii ki, ola bilər. Niyə olmasın?..

- AYB-də hansısa təşkilati yeniliklər gözlənilirmi?

- Hər şey qurultayda məlum olacaq. Nümayəndələri dinləyib, onların təkliflərini nəzərə alacağıq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər