Məşhur braziliyalı model Adriana Lima türkiyəli aparıcı-prodüse Acun İlıcalı ilə evlənəcəyi xəbərlərinə münasibət bildirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Victoria 's Secret”in Londonda baş tutan dəfiləsindən öncə Anadolu Agentliyinin müxbirinə müsahibə verən A.Lima yayılan informasiyaların yalan olduğunu deyib:
“Bu barədə birinci və axırıncı dəfə danışıram. Acunla birlikdə deyiləm. Heç vaxt görüşməmişik, bərabər olmamışıq. Evlənəcəyimizlə bağlı deyilənlər yalandır. Ümumiyyətlə, belə bir şey ola bilməz, axmaqlıqdır. Acun mənim dostumdur”.
Rüstəm