8 Dekabr 2014 19:58
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyalı Aleksandra Harranın həyatı ombaları sayəsində tamamilə dəyişib. 27 yaşlı qadın əvvəllər qadın-kişi münasibətlərindən, yaxşı karyera qurmağın yollarına qədər bir çox mövzuda yazılar yazaraq pul qazanıb. Amma “Playboy” jurnalı üçün fotosessiya etdirməyi qəbul etdikdən sonra hər şey bir anda dəyişib. Belə ki, Aleksandra Harra hazırda Rumıniyanın Kim Kardaşyanı kimi tanınır. Harra bir anda məşhurlaşmasını bu sözlərlə ifadə edir:

““Playboy” jurnalı ombamın 102 sm olduğunu öyrəndi və poza verməyimi istədilər. Bu sahədə rəqibsiz hesab edilən Kim Kardaşyanın ombası isə 101 sm-dir. İndi bütün qəzetlər məni Rumıniyanın Kim Kardaşyanı kimi təqdim edirlər”.

Hazırda Floridada yaşayan Aleksandra bu qədər populyarlaşmasına təəccüb etdiyini deyir. Aleksandranın anası isə qızının Kim Kardaşyanı təqlid etmədiyini bildirir.

Qeyd edək ki, 27 yaşlı gözəlçə sosial şəbəkələrdə də olduqca populyardır.


Müəllif:

Oxşar xəbərlər