13 Oktyabr 2022 12:56
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Namiq Fərhadoğlu avtomobil qəzasına düşüb.

Namiq Fərhadoğlu Teleqraf.com-a açıqlamasında xəsarət almadığını deyib:

"Toy mərasimindən qayıdarkən işıqforda dayanmışdım, qırmızı işıqda avtomobilimi vurdular. Avtomobilimin arxa hissəsi möhkəm zədələnib. Niyə belə yüksək sürətlə avtomobil sürürlər?! Hüquq-mühafizə orqanlarına şikayət etmədim. Dəyən ziyanı qarşı tərəf həll edəcək. Şükür Allaha, mənə heç nə olmadı, kəmər taxmışdım".

Qeyd edək ki, hadisə Bakının Nizami rayonu ərazisində baş verib. Namiq Fərhadoğlunun idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiqin maşınına dəyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər