Üç ilə qədər həbs cəzası tələb edilən türkiyəli müğənni Gülşən İstanbul 11-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxıb.
Teleqraf.com xəbər verir ki, müğənni məhkəmə ifadəsində deyib:
"Bu baş verənləri həyatda Gülşən kimi var olmağımın cəzası olaraq qəbul edirəm. Beş gün Bakırköy qadın cəza evində, on beş gün isə ev həbsində qaldım".
Gülşənin vəkili Əmək Əmrə müvəkkilinə bəraət tələb edib. Onun bəraət tələbi rədd edilib. Xarici ölkəyə çıxış qadağasının davamına qərar verilib.
Məhkəmə dekabrın 21-dək təxirə salınıb.
Qeyd edək ki, ifaçı konsertlərindən birində “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” deyə zarafat etmişdi.