Müğənni Dilarə Kazımova MTV Azərbaycan televiziyasında şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, Dilarə Kazımova keçmiş həyat yoldaşının ona mane olduğunu etiraf edib:
"Səhnədə çıxışlarıma yox, ətrafıma mane olurdu. Çünki çıxış edəndə ətrafımda çox insan vardı. Birdən kimdənsə xoşum gələr və sair. Amma bu, imkansız idi".
İfaçı övladlığa uşaq götürməsindən də danışıb: "Qismətə çox inanıram. Övladıma çox sərbəstlik vermərəm. Mənə necə tərbiyə veriblərsə, mən də elə davranaram. Əslində, tərbiyəm sərt olsa da bəzi şeylərə icazə vermişdilər. İnsana azadlıq da vermək, çərçivələri də göstərmək lazımdır. Övladlığa uşaq götürməyə çox gözəl baxıram və bu savab əməldir. Bir canlını xoşbəxt edə və onun həyatını dəyişə bilərsən. Amma bu haqda ciddi düşünməmişəm, çünki işlə məşğulam".
Dilarə Kazımova kişi həmkarı ilə ailə qurmaq fikrinin olmadığını deyib: "Sənət dostlarlarımdır və heç kimə o gözlə baxmamışam. Zövqüm çox fərqlidir, enerjiyə çox inanıram. Həmkarımla evlənməzdim. Ailədə bir sənətçi olmalıdır. İki sənətçi də ola bilər, amma hələ mənə elə bir insan rast gəlməyib ki, deyim, bu insanla ailə qurmaq istəyirəm".
Qeyd edək ki, Dilarə Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurmuşdu.